Milli Azərbaycan Tarixi Muzeyində “For Azerbaijan”Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş Qrant müsabiqəsinin nəticələrinin təqdimat mərasimi təşkil edilib.Qonaqları salamlayan təşkilatın proqramlar üzrə direktoru Elnur Kələntərov “For Azerbaijan” komandası adından tədbir iştirakçılarına təşəkkürünü bildirib.“For Azerbaijan” Xeyriyyə Təşkilatının Bakı Nümayəndəliyinin rəhbəri Emil Həsənov əvvəlcə qurumun fəaliyyəti və bugünədək həyata keçirilmiş layihələr barədə məlumat verib. İştirakçılara 3 illik fəaliyyətin əsas məqamlarını əks etdirən qısa film nümayiş olunub.